Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək
Tarix: 16-08-2021 16:56 | Bölmə: İdman
Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək

Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək.

Bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq bu addım atılıb.

Paralimpiada üçün 700 min bilet satılıb və biletlərə xərclənən vəsait alıcılara qaytarılacaq.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Avqustun 8-də başa çatan Tokio Yay Olimpiya Oyunları da azarkeşlərin iştirakı olmadan keçirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}