"Qarabağ"ın rəqibi Bakıya ciddi itki ilə gəlir
Tarix: 17-08-2021 15:11 | Bölmə: İdman
"Qarabağ"ın rəqibi Bakıya ciddi itki ilə gəlir

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə ilk oyun üçün Bakıya yola düşüb.

Reyting.az
xəbər verir ki, komanda günün ikinci yarısında Azərbaycan paytaxtında olacaq. Avqustun 18-də isə baş məşqçi Stiven Qlassın mətbuat konfransı keçirəcəyi bildirilir. Tədbir saat 19:30-da başlayacaq.

Məlumata görə, "Qarabağ"ın qonağı olacaq Şotlandiya "Aberdin"i Bakıya ciddi itki ilə gəlir. Belə ki, uelsli hücumçu Rayan Heces dizindəki zədəyə görə heyətdən çıxarılıb.

Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyunu saat 20:00-da başlayacaq. Cavab qarşılaşması avqustun 26-sı Şotlandiyada olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}