Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb
Tarix: 17-08-2021 18:01 | Bölmə: İdman
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

Məlumata görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Mammədov ilə qarşılaşıb.

İlk xalı Bayramov qazansa da, yekunda 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 57 kq-dakı Nurəddin Novruzov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Assiljan Yessengeldiyə 6:12 hesabı ilə məğlub olaraq, medalsız qalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}