12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Olimpiya oyunlarına yeni idman növü əlavə olunub
Tarix: 19-08-2021 19:32 | Bölmə: İdman
Olimpiya oyunlarına yeni idman növü əlavə olunub

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya oyunlarında təmsil olunacaq idman növlərinin siyahısını açıqlayıb.

Bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi saytında məlumat yayıb.

Fransa paytaxtında olimpiadalar tarixində ilk dəfə breyk-dans üzrə yarışma keçiriləcək. Parisdə, həmçinin ilk dəfə "Tokio-2020" çərçivəsində keçirilən idman dırmanması, skeytbord və sörfinq yarışları da keçiriləcək.

Tokiodakı Olimpiya oyunları çərçivəsində ilk dəfə keçirilən karate turnirləri isə artıq olimpiada proqramından çıxarılıb.

Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib