Milli komandamız Avropa çempionatında mübarizəyə başlayır
Tarix: 20-08-2021 09:01 | Bölmə: İdman
Milli komandamız Avropa çempionatında mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Reyting.az
-ın məlumatına görə, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı ilk sınağında Belçika yığması ilə qarşılaşacaq.

Serbiyanın paytaxtı Belqraddakı "Stark Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı

A qrupu


17:00. Azərbaycan - Belçika

Belqrad. "Stark Arena"

Qeyd edək ki, Azərbaycan millisinin A qrupundakı digər rəqibləri Serbiya, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmalarıdır.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}