UEFA-nın yeni reytinq siyahısı açıqlanıb
Tarix: 20-08-2021 12:48 | Bölmə: İdman
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb

Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Reyting.az
xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının pley-offunda "Aberdin"i (Şotlandiya) 1:0 hesabı ilə məğlub etməsi Azərbaycana 0.250 xal qazandırıb.

0,125 xalı isə "Neftçi" İsrailin "Makkabi" (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçədən sonra ölkəmizin aktivinə yazdırıb.

Bununla da mövsüm ərzində Azərbaycanın topladığı xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb.

Bu nəticələrdən son Azərbaycanın reytinqdə mövqeyi dəyişməyib. Ancaq 1 pillə geriləyən Sloveniya ilə xallarımız bərabərləşib. Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər. 31-ci pillədəki Slovakiya 14,000 xala malikdir. Xalını 14,625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.

Qeyd edək ki, reytinq siyahısına 87.926 xalla İngiltərə başçılıq edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}