18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan millisinin futbolçusunda koronavirus aşkarlanıb
Tarix: 20-08-2021 14:36 | Bölmə: İdman
Azərbaycan millisinin futbolçusunda koronavirus aşkarlanıb

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Aleksey İsayev koronavirusa yoluxub.

Bu barədə Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin həftənin əvvəlində verdiyi testin nəticəsi müsbət çıxıb. İsayev "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının II tur matçını buraxmalı olacaq.

Qeyd edək ki, avqustun 21-də keçiriləcək "Sumqayıt" - "Sabah" matçı saat 20:00-da başlayacaq.

Aleksey İsayevin sentyabrın 1-də Lüksemburq, sentyabrın 4-də İrlandiya, sentyabrın 7-də isə Portuqaliya ilə DÇ-2022-nin seçmə oyunlarını buraxacağı gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər