Dünya çempionatı: Sərxan Məmmədov finala vəsiqə qazanıb
Tarix: 20-08-2021 16:53 | Bölmə: İdman
Dünya çempionatı: Sərxan Məmmədov finala vəsiqə qazanıb

Azərbaycanın iki yunan-Roma güləşçisi Rusiyanın Ufa şəhərində gənclərin dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 87 kq-da mübarizə aparan Laçın Vəliyev finala gedən yolda niderlandlı Tirone Stekelenburqla qarşılaşıb. Rəqibinə 1:4 hesabı ilə uduzan idmançı bürünc medal uğrunda güləşəcək.

130 kq çəki dərəcəsindəki Sərxan Məmmədov isə yarımfinalda yunanıstanlı Nikolaos Ntuniasa 3:2 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb.

Azərbaycanın digər güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov (63 kq) rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Əliyev türkiyəli Adem Burak Uzunla, Babaşov isə iranlı İman Husseyn Xon Məhəmmədi ilə üz-üzə gələcək.

77 kq-da mübarizə aparan Elcan Məmmədov isə dünya çempionatı ilə vidalaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}