18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın daha bir güləşçisi dünya üçüncüsü olub
Tarix: 20-08-2021 18:08 | Bölmə: İdman
Azərbaycanın daha bir güləşçisi dünya üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Məlumata görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luisa Şeel ilə qarşılaşıb.

Rəqibinə "tuşe" ilə qalib gələn Soltanova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (59 kq) dünya üçüncüsü olub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər