Rəqibi "Qarabağ"la oyuna itki ilə çıxacaq
Tarix: 23-08-2021 10:09 | Bölmə: İdman
Rəqibi "Qarabağ"la oyuna itki ilə çıxacaq

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə cavab oyununa da itkilərlə çıxacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.

Komandanın baş məşqçisi Stiven Qlass bildirib ki, iki oyunçusu - Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə sözügedən qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, avqustun 26-sı keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında ilk matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}