"Neftçi" avstraliyalı hücumçu ilə anlaşıb
Tarix: 25-08-2021 15:22 | Bölmə: İdman
"Neftçi" avstraliyalı hücumçu ilə anlaşıb

"Neftçi" avstraliyalı futbolçu Nikita Rukavitsanı heyətinə qatıb.

Paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyevin Report-a verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə razılıq əldə edilib.

Rukavitsa sabah və ya növbəti Bakıya gələcək.

Qeyd edək ki, Nikita Rukavitsanın son klubu İsrailin “Makkabi” (Hayfa) komandası olub. Hazırda azad agent olan hücumçu ötən mövsüm Hayfa təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub. Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}