18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məşhur futbolçu Kriştianu Ronaldu Bakıya gəlir
Tarix: 26-08-2021 16:36 | Bölmə: İdman
Məşhur futbolçu Kriştianu Ronaldu Bakıya gəlir

Portuqaliya millisinin DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Azərbaycan və Qətərlə yoldaşlıq oyunları üçün heyəti bəlli olub.

Reyting.az
xəbər verir ki, baş məşqçi Fernandu Santuş heyətə 25 oyunçu daxil edib. "Yuventus"un futbolçusu Kriştianu Ronaldu da heyətdə yer alıb.

Qapıçılar: Antoni Lopeş ("Lion", Fransa), Ruy Patrisiu ("Vulverhempton", İngiltərə), Dioqu Koşta ("Portu")

Müdafiəçilər: Juan Kanselu ("Mançester Siti", İngiltərə) Rikardu Pereyra ("Lester", İngiltərə), Qonsalu İnasiu, ("Sportinq") Dominquş Duarte ("Qranada", İspaniya), Pepe ("Portu"), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Rafael Gerreyru ("Borussiya" Dortmund, Almaniya), Nunu Mendeş ("Sportinq")

Yarımmüdafiəçilər: Danilu Pereyra (PSJ, Fransa), Juan Palinya ("Sportinq"), Ruben Neviş, Joau Moutinyo (hər ikisi "Vulverhempton", İngiltərə), Brunu Fernandeş ("Mançester Yunayted", İngiltərə), Juan Mariu ("Benfika), Otaviu Menteiro ("Portu) Bernardu Silva ("Mançester Siti", İngiltərə)

Hücumçular: Andre Silva ("Ayntraxt", Almaniya), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Dioqu Jota ("Liverpul", İngiltərə), Qonsalu Gedeş ("Valensiya", İspaniya), Pedru Qonçalveş ("Sportinq), Rafa Silva ("Benfika")

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər