Konfrans Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bəlli olub
Tarix: 27-08-2021 16:06 | Bölmə: İdman
Konfrans Liqası: "Qarabağ"ın qrupdakı rəqibləri bəlli olub

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi olub.

Reyting.az
xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə püşkü Almaniya millisinin sabiq futbolçusu Lorik Sana və Türkiyə yığmasının keçmiş oyunçusu Nihat Kahveçi çəkib.

Püşk nəticəsində "Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) komandalarına rəqib olub.

A qrupu: LASK (Avstriya), "Makkabi" (Təl-Əviv, İsrail), "Alaşert" (Ermənistan), HİK (Finlandiya)

B qrupu: "Gent" (Belçika), "Partizan" (Serbiya), "Flora" (Estoniya), "Anortosis" (Kipr)

C qrupu: "Roma" (İtaliya), "Zarya" (Luqansk, Ukrayna), "MOİK-Sofiya" (Bolqarıstan),

D qrupu: AZ (Niderland), ÇFR (Kluj, Rumıniya), "Yablonets" (Çexiya)

E qrupu: "Slaviya" (Praqa, Çexiya), "Feyenoord" (Niderland), "Union Berlin" (Almaniya), "Makkabi" (Hayfa, İsrail)

F qrupu: "Kopenhagen" (Danimarka), PAOK (Yunanıstan), "Slovan" (Bratislava, Slovakiya)

G qrupu: "Tottenhem" (İngiltərə), "Renn" (Fransa), "Vitess" (Niderland)

H qrupu: "Bazel" (İsveçrə), "Qarabağ" (AZƏRBAYCAN), "Kayrat" (Qazaxıstan), "Omoniya" (Kipr)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}