Tokio-2020: üç idmançımız yarımfinala vəsiqə qazanıb - Fotolar
Tarix: 28-08-2021 09:28 | Bölmə: İdman
Tokio-2020: üç idmançımız yarımfinala vəsiqə qazanıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang'a qalib gələrək finala vəsiqə qazanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Qadınlar arasında - 57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva da yarımfinalda türkiyəli rəqibi Zeynep Çelikə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Hüseyn Rəhimli yarımfinalda koreyalı rəqibi Lee'yə qalib gələrək finala vəsiqə qazanıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}