Konfrans Liqası: "Qarabağ"ın növbəti rəqibləri heç-heçə edib
Tarix: 16-09-2021 20:30 | Bölmə: İdman
Konfrans Liqası: "Qarabağ"ın növbəti rəqibləri heç-heçə edib

UEFA Konfrans Liqasının qrup mərhələsində I turun daha bir oyunu keçirilib.

Məlumata görə, H qrupunun ilk qarşılaşmasında Qazaxıstan çempionu "Kayrat" Kipr "Omoniya"sı ilə üz-üzə gəlib. Almatı şəhərindəki "Ortalık" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Qrupda ilk turun daha bir oyunu "Qarabağ" və İsveçrə "Bazel"i arasında olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq/Report.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib