14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Millimiz Küveytin komandası ilə qarşılaşacaq
Tarix: 22-05-2022 09:29 | Bölmə: İdman
Millimiz Küveytin komandası ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

AFFA-nın məlumatına görə, milli komandamız hazırlıq prosesi çərçivəsində Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Mayın 26-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib