"Şamaxı" yeni baş məşqçi ilə anlaşıb
Tarix: 22-06-2022 12:48 | Bölmə: İdman
"Şamaxı" yeni baş məşqçi ilə anlaşıb

"Şamaxı" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Reyting.az
xəbər verir ki, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}