10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Azərbaycanın daha bir millisi qızıl medal qazanıb
Tarix: 17-08-2022 17:12 | Bölmə: İdman
Azərbaycanın daha bir millisi qızıl medal qazanıb

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Reyting.az
xəbər verir ki, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv finalda İran seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:35 hesabı ilə qalib gələn yığma fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib