23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Millətlər Liqası: yığmamız bu gün son oyununu keçirəcək
Tarix: 25-09-2022 08:05 | Bölmə: İdman
Millətlər Liqası: yığmamız bu gün son oyununu keçirəcək

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur


20:00. Azərbaycan - Qazaxıstan

Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

Bakı, "Dalğa Arena" stadionu

Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya - 6, Belarus - 2

Qeyd edək ki, bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}