Futbolçuların qış transferinə hazırlıqlar başlayıb - Baş məşqçi
Tarix: 27-12-2022 19:43 | Bölmə: İdman
Futbolçuların qış transferinə hazırlıqlar başlayıb

"Tottenhem"in baş məşqçisi Antonio Konte qış transfer pəncərəsində kluba yeni futbolçular transfer edə biləcəklərini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

A. Konte deyib ki, gənc futbolçulara sərmayə qoymağı davam etdirməyi planlaşdırırlar:

“Biz nəsə etməyə çalışacağıq, amma eyni zamanda klubun fəlsəfəsinə əməl etməliyik. "Tottenhem" gənc futbolçulara sərmayə qoymaq istəyir. Biz bunu bir il əvvəl Bentankur və Kuluşevskini alanda etdik. Bizə istedad lazımdır, amma məqbul maaşla. Məhz bu oyunçuları bazara çıxarmağa çalışacağıq”.


A. Konte

Qeyd edək ki, "Tottenhem" Premyer Liqanın 16 turundan sonra 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}