İlin ən yaxşı futbolçusu müəyyənləşib
Tarix: 28-12-2022 11:17 | Bölmə: İdman
İlin ən yaxşı futbolçusu müəyyənləşib

“Tottenhem”in hücumçusu Deyan Kuluşevski vətəni İsveçdə 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Reyting.az
xəbər verir ki, 22 yaşlı isveçli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.

D. Kuluşevski xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini deyib:

“Bu mövsüm fantastik keçdi. Mən çox xoşbəxtəm. Mükafatı qazandığım üçün özümlə fəxr edirəm. Bu istiqamətdə çox insan mənə kömək etdi. Lakin, bu, çətinliklə başa gəldi”.

Qeyd edək ki, D. Kuluşevski bu mövsüm 18 oyunda 2 qol vurub və 8 qolun ötürməsini verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}