Ən bahalı futbolçu transferləri bəlli olub - Siyahı
Tarix: 30-12-2022 13:37 | Bölmə: İdman
Ən bahalı futbolçu transferləri bəlli olub

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb.

“Apasport”un məlumatına görə, başa çatmaqda olan ilin rekordu Antoniyə məxsusdur.

“Mançester Yunayted” braziliyalı üçün 95 milyon avro ödəyib.

Erlinq Halandın “Mançester Siti”yə keçidi isə siyahıda 10-cudur.

1. Antoni (“Ayaks”dan “Mançester Yunayted”ə) – 95 milyon avro

2. Duşan Vlahoviç (“Fiorentina”dan “Yuventus”a) - 81,6 milyon avro

3. Uesli Fofana (“Lester”dən “Çelsi”yə) - 80,4 milyon avro

4-5. Orelyen Tçuameni (“Monako”dan “Real”a) - 80 milyon avro
Darvin Nunyes (“Benfika”dan “Liverpul”a) - 80 milyon avro

6. Kazemiro (“Real”dan “Mançester Yunayted”ə) - 70,65 milyon avro

7. Aleksander İsak (“Real Sosyedad”dan “Nyukasl Yunayted”ə) - 70 milyon avro

8. Matteys de Liqt (“Yuventus”dan “Bavariya”ya) - 67 milyon avro

9. Marko Kukurelya (“Brayton”dan “Çelsi”yə) - 65,3 milyon avro

10. Erlinq Haland (Dortmund “Borussiya»sından “Mançester Siti”yə) - 60 milyon avro.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}