“Qarabağ” yeni futbolçular axtarır
Tarix: 01-01-2023 10:12 | Bölmə: İdman
“Qarabağ” yeni futbolçular axtarır

“Qarabağ” qış tranferi pəncərəsi dövründə heyətinə bir neçə oyunçu cəlb etmək istəyir.

Reyting.az
xəbər verir ki, hazırda bununla əlaqədar bəzi futbolçular və onların klubları ilə intensiv danışıqlar aparılır. Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da bir müddət əvvəl Qol.az-a müsahibəsində bunu təsdiqləmişdi.

Kadinin qış transfer pəncərəsi zamanı “Krasnodar”a keçmək ehtimalının yüksək olması əlavə oyunçu axtarışına start verilməsinə səbəb olub. Bu günədək klub əsasən dayaq yarımmüdafiəçi və hücum mövqeyinə oyunçu axtarırdırsa, indi Kadinin gedişinə də hazırlaşır. Odur ki, “Qarabağ”ın seleksionerləri hazırda orta xəttə Kadinin mövqeyi üçün də futbolçu axtarırlar. Amma qışda azad agent statuslu oyunçu tapmaq çətinləşdiyindən klublar və oyunçularla danışıqlarda razılaşmaya yaxınlaşmaq asan olmur.

Xatırladaq ki, qışda Kadinin “Qarabağ”dan ayrılaraq “Krasnodar”a (Rusiya) keçəcəyi ehtimalı yüksəkdir. Bu transferə görə “Qarabağ”ın 5 milyon avro qazanacağı gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}