Dörd komanda “Neftçi”dən hücumçu istəyir
Tarix: 02-01-2023 10:24 | Bölmə: İdman
Dörd komanda “Neftçi”dən hücumçu istəyir

“Neftçi”nin hücumçusu Gilyerme Pato ilə maraqlanan Kipr klublarının adı açıqlanıb.

Reyting.az
Matc.az-a istinadla bildirir ki, Kiprin 4 yüksək liqa təmsilçisi braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bunlar APOEL, “Anortosis”, AEL və AEK-dir.

Məlumata görə, adıçəkilən komandaların hər biri 21 yaşlı forvardı icarəyə götürmək fikrindədir. Həmçinin Bakı klubu da əsas heyətə düşə bilməyən oyunçusunu mövsümün sonuna qədər başqa komandaya icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, Gilyerme Patonun “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayında bitir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}