Pele dəfn olunub
Tarix: 04-01-2023 00:44 | Bölmə: İdman
Pele dəfn olunub

Dünya şöhrətli futbolçu, üçqat çempion Pele çərşənbə axşamı Braziliyada dəfn edilib.

Bu barədə “Associated Press” məlumat yayıb.

O, böyüdüyü və məşhurlaşdığı Santos şəhərində dəfn edilib.

Qeyd edək ki, mərhum futbolçu ilə vida mərasimi Santosdakı “Vila Belmiro” stadionunda keçirilib.

Qəbiristanlıqda tabutun gəlməsini gözləyən çoxsaylı insan Pelenin sevimli mahnılarını oxuyub.

Əfsanə ilə vidalaşmaq üçün stadionu iki gün ərzində 150 mindən çox insan ziyarət edib. Onların arasında Braziliya Prezidenti Lula da Silva da olub.

Qeyd edək ki, Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 83 yaşında vəfat edib. Son illər o, xərçəng xəstəliyindən müalicə olunurdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}