20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Napoli” məğlub, “Milan” və “Yuventus” qalib olub
Tarix: 05-01-2023 08:52 | Bölmə: İdman
“Napoli” məğlub, “Milan” və “Yuventus” qalib olub

İtaliya A Seriyasında 16-cı turun oyunları keçirilib. Reyting.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

“Torino” - “Verona”, “Udineze” - “Empoli” və “Fiorentina” – “Montsa” və “Spetsiya” - “Atalanta” matçlarında qalib müəyyənləşməyib.

Səfərdə “Leççe” ilə qarşılaşan “Latsio” yeni ilə məğlubiyyətlə başlayıb.

“Milan” səfərdə “Salernitana”ya, “Yuventus” isə “Kremoneze”yə qalib gəlib.

“Roma” “Bolonya”nı, “İnter” isə “Napoli”ni minimal hesabla üstələyib.

16 turdan sonra 41 xalı olan “Napoli” vahid liderdir. “Milan” 36 xalla ikinci, “Yuventus” 34 xalla üçüncüdür. “İnter”in 33, “Latsio” və “Roma”nın 30 xalı var.

İtaliya A Seriyası
16-cı tur
4 yanvar


Salernitana – Milan 1:2
Qol: Bonatsoli, 83 – Leao, 10. Tonali, 15.

Sassuolo – Sampdoriya 1:2
Qol: Berardi, 64 – Qabbyadini, 25. Auqelyo, 28.

Spetsiya – Atalanta 2:2
Qol: Qyasi, 8. Nzola, 31 – Hoylund, 77. Paşaliç, 90+2.

Torino – Verona 1:1
Qol: Mirançuk, 64 – Dyuriç, 45.

Roma – Bolonya 1:0
Qol: Pelleqrini, 6-pen.

Leççe – Latsio 2:1
Qol: Strefetsa, 57. Kolombo, 71 – İmmobile, 14.

Kremoneze – Yuventus 0:1

Qol: Milik, 90+1.

Fiorentina – Montsa 1:1
Qol: Kabral, 19 – Auqusto, 61.

İnter – Napoli 1:0
Qol: Dzeko, 56.

Udineze – Empoli 1:1
Qol: Pereyra, 70 – Baldanzi, 3.(Matc.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər