“Qarabağ" heyətinə yeni futbolçu qəbul edib
Tarix: 07-01-2023 12:20 | Bölmə: İdman
“Qarabağ" heyətinə yeni futbolçu qəbul edib

“Qarabağ" heyətinə yeni futbolçu daxil edib.

Reyting.az
xəbər verir ki, bu, 2022-ci ilin yayından azad agent olan Adama Diakabidir.

A. Diakabi hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Tibbi müayinədən keçdikdən sonra fransalı vingerlə yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Diakabinin “Qarabağ”ın düşərgəsinə qoşulması barədə ilk xəbəri futbolinfo.az saytı yazıb.

Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb. O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə, 2020-ci ildə “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}