“Yuventus” qalib, "Real" məğlub olub
Tarix: 08-01-2023 00:47 | Bölmə: İdman
“Yuventus” qalib, "Real" məğlub olub

"Yuventus" A seriyasında növbəti oyununa çıxıb.

Reyting.az
xəbər verir ki, komanda 17-ci turda "Udineze" ilə qarşılaşıb. "Yuventus" 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu 87-ci dəqiqədə Danilo qoyub.

"Yuventus" hazırda turnir cədvəlində 37 xalla 2-ci, "Udineze" isə 25 xalla 8-cidir.

***

Qeyd edək ki, "Real" da La Liqada növbəti oyununa çıxıb.


Madrid təmsilçisi 16-cı turda "Vilyarreal"la qarşılaşıb. Görüş "Real"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Real" hazırda turnir cədvəlində 38 xalla 2-cidir. "Vilyarreal" isə 27 xalla 5-ci pillədə qərarlaşır.

"Vilyarreal" - "Real" - 2:1

Qollar: Pino, 47, Moreno, 63-pen. - Benzema, 69-pen.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}