AFFA İntizam Komtəsi bəzi klubları cəzalandırıb
Tarix: 13-01-2023 13:56 | Bölmə: İdman
AFFA İntizam Komtəsi bəzi klubları cəzalandırıb

AFFA İntizam Komtəsi bəzi klubları cəzalandırıb.

Reyting.az
xəbər verir ki, bu gün keçirilən iclasa aşağıdakı klublar qeyd edilən səbəblərə görə cərimə olunublar:

- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Mirhadi Abdullayev oyunun hakimlərini təhqir etdiyinə görə o, 3 oyun matçlardan kənarlaşdırılsın. (Maddə 41.4.).

- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsi Həmid Əliyev oyunun hakimlərinə hədə-qorxu gəldiyinə görə, o, 5 oyun matçlardan kənarlaşdırılsın. (Maddə 43.2.).

- 25 dekabr 2022-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Sumqayıt” – “Lion” FK oyununda “Lion” FK-nın rəsmi şəxsləri tərəfindən edilən hərəkətlərə görə yalnız polisin müdaxiləsindən sonra hakimlərin meydanı tərk edə bilməsi və oyunun 1-ci hissə bitmədən yarımçıq dayandırılmasına görə “Lion” klubuna 0:3 hesabı ilə məğlubiyyət verilsin. (Maddə 55.1).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}