"Qarabağ"ın rəqibi bu gün növbəti oyuna çıxır
Tarix: 15-01-2023 14:27 | Bölmə: İdman
"Qarabağ"ın rəqibi bu gün növbəti oyuna çıxır

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" bu gün Belçika çempionatında növbəti oyununa çıxacaq.

Reyting.az
xəbər verir ki, komanda 20-ci turda "Kotriyk"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bu görüşü izləyənlər arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olacaq.

Qeyd edək ki, "Gent” hazırda çempionatın turnir cədvəlində 31 xalla 5-ci, "Kotriyk" isə 18 xalla 15-cidir.

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}