17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
“Çelsi” transfer üçün 70 milyon avro ödəyib - Foto
Tarix: 16-01-2023 11:02 | Bölmə: İdman
“Çelsi” transfer üçün 70 milyon avro ödəyib

İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib. Reyting.az xəbər verir ki, London təmsilçisi Ukrayna yığmasının və Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Mixaylo Mudriki heyətinə qatıb.

22 yaşlı vingerlə 2031-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Zadəganlar” bu transfer üçün “Şaxtyor”a 70 milyon avro ödəyib.


Mixaylo Mudrik

Mudrik Donetsk “Şaxtyor”unun öz yetirməsidir. O, vaxtilə Kiyev “Arsenal”ında və “Desna”da icarədə də oynayıb. Mudrik, 2022-ci ilin iyun ayından Ukraynanın əsas millisində də forma geyinir.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}