14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Reytinq siyahısı: “Qarabağ” 7 pillə irəliləyib
Tarix: 18-01-2023 10:31 | Bölmə: İdman
Reytinq siyahısı: “Qarabağ” 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb. Reyting.az xəbər verir ki, Azərbaycanın 3 komandası siyahıya düşüb.

502 klubun qərarlaşdığı cədvəldə ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun kollektivi 7 pillə irəliləyərək, 139 xalla 78-ci pillədə özünə yer tapıb. “Neftçi” (66,5 xal) 385-ci yerdən 290-cı pilləyə, “Zirə” (50,25) isə 577-ci pillədən 478-ci yerə yüksəlib.

Dünya reytinqinə yenə “Flamenqo” (299) başçılıq edir. Braziliya klubunu ölkənin digər təmsilçisi “Palmeyras” (284) izləyir. İlk “üçlüy”ü isə “Liverpul” (İngiltərə - 273) qapayır.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}