07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Kəpəz” axtardığı futbolçunu Serbiyada tapıb
Tarix: 18-01-2023 10:34 | Bölmə: İdman
“Kəpəz” axtardığı futbolçunu Serbiyada tapıb

Serbiyalı futbolçu Todor Petroviç karyerasını Azərbaycanda davam etdirə bilər. Reyting.az matc.az-a istinadla bildirir ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu “Kəpəz”ə keçməyə hazırlaşır.

Bosniya və Herseqovina vətəndaşlığına da malik olan futbolçu karyerasının ilk illərində “Zemun” və “Sopot” kimi komandaların uğurları üçün çalışıb. 2014-cü ilin yanvarında İspaniyanın “Xeres” klubuna keçən yarımmüdafiəçi, yayda yenidən ölkəsinə qayıdıb və “Vozdovaç”la anlaşıb.

O, Ukraynada “Vorskla” (Poltava) , Xorvatiyada “İnter Zapreşiç”, Qazaxıstanda “Atırau” klublarının da formasını geyinib. Serbiyanın “Radniçki” (Niş) klubunda da oynamış Petroviç, bu ilin yanvarından azad agent statusuna malikdir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}