Futbol klubu transfer üçün 6 milyon avro xərcləyəcək
Tarix: 22-01-2023 11:39 | Bölmə: İdman
Futbol klubu transfer üçün 6 milyon avro xərcləyəcək

“Monpelye” heyətini yeni futbolçu ilə gücləndirib. Reyting.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Mets”dən Bubakar Kuyateni transfer edib.

Mərkəz müdafiəçisinin transferi yeni klubuna 6 milyon avroya başa gəlib. Malidən olan 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Kuyate 2020-ci ilin avqust ayından formasını geyindiyi “Mets”də 74 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə Fransada “Trua”nın da formasını geyinib. Müdafiəçi Mali yığmasında 23 oyuna çıxıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}