17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
14-cü tur: "Neftçi" böyük hesablı qələbə qazanıb - Fotolar
Tarix: 23-01-2023 00:49 | Bölmə: İdman
14-cü tur: "Neftçi" böyük hesablı qələbə qazanıb

Azərbaycan Basketbol Liqasının 14-cü turuna yekun vurulub.

Reyting.az
yanvarın 22-də Sərhədçi İdman Mərkəzində iki qarşılaşma olub.

Günün ilk oyunu "Sərhədçi PİK" və "Gəncə BK" komandaları arasında reallaşıb. Oyuna fəal başlayan sərhədçilər rəqibi üzərində 86-78 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular aşağıdakılardır:

"Sərhədçi PİK" (Maksvel Starvud - 25 xal, 12 ribaund), "Gəncə BK" (Kolin Törner - 24 xal, 13 ribaund).

Günün ikinci oyununda "NTD BK" və "Neftçi İK" basketbolçuları qarşılaşıblar. Bu görüşdə neftçilər sensasiyaya imza ataraq, 86-79 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular aşağıdakılar olub:

"NTD BK" (Kuinton Kempbel - 19 xal, 4 ribaund), "Neftçi İK" (Denis Cons - 24 xal, 6 ribaund)






ELXAN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}