Reytinq turniri: Azərbaycanı bu idmançılar təmsil edəcək - Siyahı
Tarix: 25-01-2023 15:47 | Bölmə: İdman
Reytinq turniri: Azərbaycanı bu idmançılar təmsil edəcək

Güləş üzrə Azərbaycan yığmalarının fevralın 2-də Serbiyanın paytaxtı Zaqrebdə start götürəcək 4 günlük reytinq turniri üçün heyəti açıqlanıb.

Reyting.az
xəbər verir ki, yarışda ölkəmizi təmsil edən 31 idmanşımız bunlardır:

Sərbəst güləşdə İslam Bazarqanov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), Əli Rəhimzadə, Hacı Əliyev (hər ikisi 65 kq), Qadjimurad Qadjiyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.

Qadın güləşində Türkan Nəsirova, Mariya Stadnik (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev, İslam Abbasov (hər ikisi 87 kq), Murat Lokyayev, Zamir Maqomedov, Arif Niftullayev (hamısı 97 kq), Sərxan Məmmədov, Beka Kandelaki və Sabah Şəriəti (hamısı 130 kq) medal uğrunda yarışacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}