Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir
Tarix: 16-07-2025 14:15 | Bölmə: Dünya
Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir

Ukraynanın bir çox avropalı müttəfiqləri ABŞ-nın Ukraynaya Amerika silahları tədarük etmək planına həvəslə yanaşıb, Kiyev üçün silah almaq təklifinə müsbət cavab versələr də, Fransa və bəzi ölkələr bununla razılaşmayıblar.

Reyting.az
xatırladır ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir avropalıları silah-sursatı yerli bazardan almaqla öz müdafiə sənayesini yaratmağa çağırır.

Fransa rəsmilərinin fikrincə, Paris bu səbəbdən Amerika silahlarının alınması təşəbbüsünə qoşulmayacaq. Qeyd olunur ki, Fransa hökuməti büdcəsini azaltmağa və böyük bir kəsiri saxlamağa çalışdığı üçün öz müdafiə xərclərini artırmaqda çətinlik çəkir.

“Politico” nəşri yazır ki, silah alışı ideyası əsasən Almaniyaya məxsusdur. Almaniya hökuməti bildirir ki, Amerika silahlarının alınması Ukraynanı tez bir zamanda ehtiyac duyduğu silahlarla təmin etməyin yollarından biridir.

NATO-nun baş katibi Mark Ruttenin daha əvvəl dediyi kimi, Almaniya bu planda çox maraqlıdır.

Onu da qeyd edək ki, Çexiyanın baş naziri Petr Fiala da ölkəsinin ABŞ-nın NATO vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınması layihəsində iştirak etməyəcəyini bildirib.

Bundan əvvəl Macarıstanın Xarici işlər naziri Peter Szijarto da ölkəsinin ABŞ-dan silah alınmasında iştirak etmək niyyətində olmadığını deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər