Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
Tarix: 15-07-2025 18:44 | Bölmə: Slayd
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)

Cəlilabad rayonunun Zopun kəndi ərazisində güclü yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Reyting.az
xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dağlıq ərazidə başlayan yanğının söndürülməsi tədbirlərini davam etdirirlər.

Yanğın baş verən ərazidə bir nəfərin tüstüdən zəhərləndiyi bildirilir. Əraziyə təcili tibbi yardım briqadası da cəlb olunub.

***

Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Reyting.az
FHN-nin Mətbuat xidmətinə istinadla bildirir ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.




Bölməyə aid digər xəbərlər