"Bavariya" "Mançester Siti"nin oyunçusunu transfer etmək istəyir
Tarix: 30-01-2023 18:37 | Bölmə: İdman
"Bavariya" "Mançester Siti"nin oyunçusunu transfer etmək istəyir

“Mançester Siti”nin futbolçusu Xuan Kanselu icarə əsasında Almaniyanın “Bavariya” klubuna keçə bilər. Reyting.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı jurnalist Fabrizio Romanoya istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, icarə müqaviləsində portuqaliyalı müdafiəçini təxminən 70 milyon avroya almaq variantı da var.

Bildirilir ki, komandalar icarənin son təfərrüatları üzərində razılaşırlar.

Onu da qeyd edək ki, 28 yaşlı Kanselu 2019-cu ildən İtaliyanın "Yuventus" klubundan keçdiyi "Mançester Siti"də çıxış edir. Futbolçunun müqaviləsi 2027-ci ilin iyununa kimi hesablanıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}