07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ramos “PSJ”-nin uğursuzluğunu şərh edib
Tarix: 31-01-2023 10:02 | Bölmə: İdman
Ramos “PSJ”-nin uğursuzluğunu şərh edib

Fransanın “PSJ” klubunun mərkəz müdafiəçisi Serxio Ramos komandasının son vaxtlar zəif oyunu fonunda azarkeşlərə müraciət edib.

Reyting.az
“Footmercato” nəşrinə istinadla xəbər verir ki, sonuncu oyunda doğma divarlar arasında “Reyms”in müqavimətini qıra bilməyən (1:1) parislilər heç cür öz oyununu tapa bilmir. Baş məşqçi Kristof Qaltyenin kollektivi üçün bu, yanvar ayındakı iki məğlubiyyətin (“Lans”a 1:3, “Renna”ya 0-1 hesabı ilə uduzub) ardından üçüncü uğursuz nəticədir.

“Düzdür, nəticə heç də həmişə bizim gözlədiyimizlə üst-üstə düşmür, amma daha yaxşı oynamaqdan ötrü hər gün səylə işləməkdə davam edirik. Dəstəyə görə azarkeşlərə təşəkkürlər”, - 36 yaşlı ispan futbolçu bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}