16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Növbəti transfer: yarımmüdafiəçi "Çelsi"dən "Arsenal"a keçir
Tarix: 31-01-2023 14:48 | Bölmə: İdman
Növbəti transfer: yarımmüdafiəçi "Çelsi"dən "Arsenal"a keçir

London "Çelsi"sinin italiyalı yarımmüdafiəçisi Corcinyo İngiltərənin digər klubunda - "Arsenal"da oynayacaq.

Reyting.az x
əbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.

Məlumata görə, "Arsenal" futbolçu üçün 13,5 milyon avro ödəyəcək.

Futbolçunun "Arsenal"ın baş məşqçisi Mikel Arteta ilə danışdıqdan sonra transferə razılaşdığı bildirilir.

Xatırladaq ki, bu mövsüm Corcinyo 18 oyunda iki qol vurub.

Hazırda "Arsenal" 50 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}