16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
"Real Madrid", "Barselona" və "Yuventus" FIFA və UEFA-ya qalib gəliblər
Tarix: 31-01-2023 16:50 | Bölmə: İdman
"Real Madrid", "Barselona" və "Yuventus" FIFA və UEFA-ya qalib gəliblər

Avropa Super Liqası ideyasının yaradıcıları olan İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" klubları məhkəmədə FIFA və UEFA-ya qalib gəliblər.

Məlumata görə, sözügedən klubların apellyasiya şikayəti təmin olunub. Qərara əsasən, Avropa və ali futbol qurumu layihəni həyata keçirmək istəyən təşkilatçılara qarşı hər hansı sanksiya tətbiq edə bilməz.

Həmçinin, məhkəmə yalnız elit komandalardan ibarət başqa liqa yaratmaq istəyən klublara hüquq verib/Report.

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}