Futbol klubunun baş məşqçisi əməliyyat olunur
Tarix: 01-02-2023 17:31 | Bölmə: İdman
Futbol klubunun baş məşqçisi əməliyyat olunur

İngiltərənin “Tottenxem” futbol klubunun baş məşqçisi Antonio Konte bu gün əməlliyyat olunmalıdır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Londonun “Tottenxem” klubunun çalışdırıcısı, keçmiş məşhur futbolçu Antonio Konte öd kisəsindən cərrahi əməliyyat keçirməlidir.

“Konte bu yaxınlarda özünü pis hiss eləməyə başladı. Mədəsində güclü ağrılar yaranmışdı. Xəstəxanada ona holesisistit diaqnozunu qoyublar. Bu gün məşqçi öd kisəsinin götürülməsi üzrə əməliyyata girməlidir. O, vəzifəsinin başına bərpa mərhələsi başa çatandan sonra qayıdacaq”, - sosial şəbəkədə yazılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}