ABŞ yarışlarda Rusiya və Belarusun bayrağını görmək istəmir
Tarix: 03-02-2023 00:04 | Bölmə: İdman
ABŞ yarışlarda Rusiya və Belarusun bayrağını görmək istəmir

ABŞ beynəlxalq yarışlarda Rusiya və Belarusun bayraqlarına, gerblərinə və himnlərinə qoyulan qadağanın saxlanmasına tərəfdardır.

Reyting.az
xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə deyib.

Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi kimi idman təşkilatları, eləcə də idman tədbirlərini təşkil edənlər Rusiya və Belarus idmançılarının iştirakına icazə verərkən, onların bu dövlətləri təmsil etmədiklərinə aydınlıq gətirməlidirlər.

Karin Jan-Pyer əlavə edib ki, beynəlxalq idman yarışlarında Rusiya və Belarusun rəsmi dövlət bayraqlarından, gerb və himnlərindən istifadə qadağan edilməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}