14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Azərbaycan millisi Tacikistan komandasına uduzub
Tarix: 06-02-2023 18:12 | Bölmə: İdman
Azərbaycan millisi Tacikistan komandasına uduzub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda Tacikistanın U-20 komandası ilə üz-üzə gəlib.

AFFA-nın məlmatına görə, oyundan əvvəl qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qarşılaşma 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Azərbaycan millisinin heyətində 90+1-ci dəqiqədə Aslan Şirinov fərqlənib.

Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 8-də Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}