14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Məşhur müdafiəçi zəlzələ zamanı özünü balkondan atıb
Tarix: 06-02-2023 23:03 | Bölmə: İdman
Məşhur müdafiəçi zəlzələ zamanı özünü balkondan atıb

"Yeni Malatyaspor"un 33 yaşlı müdafiəçisi Barış Başdaş zəlzələ baş verərkən özünü balkondan atıb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, ikinci mərtəbədən tullanan futbolçu xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Almaniyanın "Bild" qəzetinə açıqlama verən futbolcunun meneceri Sərdar Topçu deyib ki, Başdaşın ayağı sınıb: "Bölgədə hər kəs qorxu içindədir. İnsanlar çox narahatdır, özünü balkondan atan Barışın xəsarəti olsa da, yaxşıdır".

Xatırladaq ki, Barış Başdaş Almaniyanın Köln şəhərində doğulub.

Yeri gəlmişkən, "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan hələ də dağıntı alıtında qalıb. Təxminən 15 saatdır ondan xəbər ala bilmirlər.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}