14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Futbol klubunu 6 milyarda almaq istəyirlər
Tarix: 08-02-2023 11:53 | Bölmə: İdman
Futbol klubunu 6 milyarda almaq istəyirlər

Qətərli investorlar “Mançester Yunayted”i almaq istəyirlər. Reyting.az xəbər verir ki, onlar tezliklə belə bir təkliflə çıxış edəcəklər.

“Daily Mail” öz mənbələrinə istinadla bildirir ki, Qətərin varlı şəxslərdən ibarət özəl qrup ölkədə keçirilən dünya çempionatından ruhlanaraq, "futbol tacının ləl-cəvahiratı" hesab etdikləri klubu almaq niyyətindədirlər.

Yaxın günlərdə onlar "Mançester Yunayted"i almaq üçün qleyzerlərə təklif verəcəklər və təkliflərinin qəbul olunacağına əmindirlər.

Məlumata görə, "Mançester Yunayted"ə 6 milyard funt-sterlinq təklif oluna bilər.

Onu da qeyd edək ki, "Mançester Yunayted"in sahibi Qleyzer ailəsi ələ 2022-ci ildən klubu satmaqda qərarlıdır.

Qleyzer ailəsi keçən il "qırmızı şeytanlar"a 3,75 milyard sterlinq (4,35 milyard avro) qiymət qoyub.

ELÇİN
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}