Anasını dağıntılar altından çıxaran futbolçu "havalanıb" - Foto
Tarix: 09-02-2023 12:22 | Bölmə: İdman
Anasını dağıntılar altından çıxaran futbolçu "havalanıb"

"Hatayspor"lu futbolcu Burak Öksüz anasını dağıntılar altından çıxardıqdan sonra şoka düşüb.

Reyting.az
xəbər verir ki, Türkiyənin "Fanatik" qəzetinin yazdığına görə, Hatayda dağıntılar altında qalan anasını şəxsən çıxaran futbolçu "havalanıb".

İddiaya görə, hadisədən sonra şoka düşən futbolçu soyuq və yağışlı havada iki saatdan çox küçələrdə ayaqyalın dolaşıb: "Onu yağışda ayaqyalın, özündə olmadan tapıblar...".

Onu da qeyd edək ki, komandanın oyunçusu Kristian Atsu və idman direktoru Taner Savutu hələ də dağıntılar altından çıxara bilməyiblər.

AZƏR
Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}