14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İlin ən yaxşı qadın futbolçusunun adı açıqlanıb
Tarix: 11-02-2023 10:41 | Bölmə: İdman
İlin ən yaxşı qadın futbolçusunun adı açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa üzrə 2022-ci ilin ən yaxşı qadın futbolçusunun adını açıqlayıb.

Federasiyanın məlumatına görə, bu ada İspaniya millisinin və “Barselona”nın kapitanı Aleksia Putelyas layiq görülüb.

Avropada ilin ən yaxşı gənc qadın futbolçusu isə Almaniya millisinin və “Volfsburq”un 20 yaşlı yarımmüdafiəçisi Jül Brand olub.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi olan Putelyas 2012-ci ildən "Barselona"nın, 2012-ci ildən İspaniya millisinin formasını geyinir. Jul Brand 2021-ci ildən Almaniya millisində, 2022-ci ildən isə "Volsburq"da çıxış edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}