Keçmiş hücumçusu “Qarabağ”a qayıtmaq istəyir
Tarix: 15-02-2023 10:45 | Bölmə: İdman
Keçmiş hücumçusu “Qarabağ”a qayıtmaq istəyir

“Qarabağ”ın keçmiş hücumçusu İbrahima Vadjinin Azərbaycana qayıtmaq variantı hələ də qüvvədədir. Fransa mətbuatı xəbər verir ki, “Sent-Etyen”in seneqallı forvardı mövsümün sonunda yenidən Ağdam klubuna keçmək niyyətindədir.

27 yaşlı oyunçunun adı qış fasiləsində Azərbaycan çempionu ilə birgə hallansa da, keçid baş tutmayıb. Fransanın II liqa təmsilçisində heyətdəki yerini itirən Vadji orada xoşbəxt olmadığı üçün daimi oynaya biləcəyi komandaya keçmək arzusundadır. O, “Qarabağ”ın bu baxımdan ideal variant olacağını düşünür.

Qeyd edək ki, İbrahima Vadji “Sent-Etyen”ə mövsümün əvvəlində məhz “Qarabağ”dan keçib.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}